Nazirlik buna icazə verməyəcək” ETSN Rəsmisi – ÖZƏLbackend

Nazirlik buna icazə verməyəcək” ETSN Rəsmisi – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

Sektor müdiri bildirir ki, ETSN yaşıllğın məhv edilib yerində hansısa obyektin tikilməsinə qəti icazə vermir. Bunu edən şəxslərlə qanunvericiliyə uyğun olaraq cəza tədbirləri görüləcək. Bu hadisə baş verən günü ETSN-nin mütəxəssisləri araşdırma aparıblar. Sakinlərin əməkdaşlarımıza verdiyi məlumata görə, iki binanın arasında olan yaşıllıq yeni tikləcək obyekt üçün məhv edilib.

Hələki tikiləcək obyektin kimə məxsus olduğu bəlli deyil. Araşdırma aparılır. Ümumilikdə xüsusu avadanlıqla 6 ağacı çıxardılıb. İnzibati araşdırmalar davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyət və N.Nərimanov İcra Hahakimiyyətinə müraciət olunub. İnzibati xətanın mahiyətindən aslı olaraq həmin şəxslərlə qanunvericiliyə uyğun qaydada tədbir görüləcək. Ağacları kökündən çıxarılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir icazə mahiyətli müraciət daxil olmayıb. Hər hansı yaşıllıq sahəsinin məhv edilib yerində obyekt tikilməsi birmənalı olaraq qanunsuzdur. Və nazilrik buna icazə verməyəcək.”

Gülşanə Mustafayeva
İnterpress.az