İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə zamanı öldürülənlərdən biri, 49 yaşlı Brenda Li Markes Makkul o gecə kluba oğlu ilə birgə gəlib.
11 uşaq anası olan Brenda iki dəfə xərçəng xəstəliyinə qalib gəlsə də qətliamdan canını quratara bilməyib.
O, iki güllə yarasından yerindəcə keçinib. Oğlu isə möcüzə nəticəsində sağ qalıb.
Mərhumun yaxınları onun anasız qalmış 11 uşağı üçün internetdə yardım kompaniyasına başlayıblar.
İnterpress.az