İri unda üyüdülmüş çörəyi, pendirlə və ya toyuq əti ilə yeyin.
Hər gün 6-8 stəkan təmiz su için. Bu sizin gümrah olmanıza kömək edəcək.
Mal əti, orqanizmin hüceyrələrini oksigenlə dolğunlaşdırır, bu da sizin daim enerjili olmağınıza kömək edəcək.
Bananın qəbul edilməsi, qıcıqlanmanı aradan qaldıracaq və yuxunun yaxşılaşmasına kömək edəcək.
Əhval – ruhiyyənin yüksəlməsinə şokolad da effektiv təsir göstərir. 1 fincan kofe isə, 2 saat ərzində insana fəallıq və fikirlərin aydınlaşmasına kömək edir. Lakin, unutmayın ki həddən artıq kofe qəbul etmək, sizə yorğunluq və qıcıqlanma gətirə bilər.
Depressiyadan çıxmaq üçün sizə bu üsul da kömək edə bilər
Düz oturun, pəncələrinizi və ovuclarınızı birləşdirin. Sonra dərindən nəfəs alın, nəfəsinizi buraxarkən isə, bütün ağır enerjini atmağa çalışın. 20 məşqdən sonra, siz müəyyən bir yüngüllük hiss edəcəksiniz. Ən əsası isə, depressiya vaxtlarında, qanınızı əhəmiyyətsiz şeylərə görə qaraltmayın, və imkan verməyin ki, belə şeylər sizin xoşbəxtliyinizə mane olsun!
İnterpress.az