VHP Daşkəsən rayon təşkilatının sədri həbs edilibbackend

VHP Daşkəsən rayon təşkilatının sədri həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

VHP-nin mətbuat mərkəzindən İnterpress.az-a daxil olan məlumata görə, ötən həftə ombudsman Elmira Süleymanovanın Daşkəsən rayonuna səfəri insidentlə yadda qalıb.

Onun rayona gəlişi münasibətilə İcra Hakimiyyətinin nümayəndələri, onunla görüşmək istəyən vətəndaşları aldadaraq, bir otağa yığıblar və görüşə imkan verməyiblər.

VHP Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov isə buna öz etirazını bildirdirərək şikayətçilərin görüşə buraxılmasını tələb edib və məsələni mətbuata ötürüb.

Dünən gecə isə Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq, barəsində saxta iltizam işi açıblar. Məhkəməyə çıxarılan N.Qafarova guya rayon polis şöbəsi rəisinin avtomobilini təhlükəli şəkildə ötdüyü iddiası ilə 15 sutka həbs cəzası verilib. Nəsimi Qafarov polisdə fiziki işgəncələrə məruz qalıb, döyülüb, maşını əlindən alınıb və hazırda geri qaytarılmır.

VHP olayı kəskin şəkildə pisləyir və təcili şəkildə bu özbaşnalığı dayandırmağı və Nəsimi Qafarovun azad edilməsini tələb edir.

İnterpress.az