Almaniyada PKK əməliyyatıbackend

Almaniyada PKK əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

200-dən artıq polisin qatıldığı əməliyyat zamanı bir nəfər saxlanılıb.

Axtarış zamanı şübhəlinin yaşadığı evdən odlu silah və narkotik maddə aşkar olunub.

Xatırladaq ki, aprelin 10-da PKK üzvləri avtomobilində boz qurd nişanı olduğuna görə adı açıqlanmayan bir vətəndaşa çoxsaylı bədən xəsarəti yetiriblər.

Hadisədən sonra araşdırmaya başlayan alman polisi cinayəti törətmiş 30-dan çox şəxsin kimliyini təsbit edərək Kölndə 16, Düsseldorfda 5, Essendə 4, Vuppertalda 3, Dortmund, Duysburq və Hannoverdə bir adresdə axtarış keçirib.