Britaniya şahzadəsi gey-jurnala çəkildibackend

Britaniya şahzadəsi gey-jurnala çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya şahzadəsi Uilyam cinsi azlıq nümayəndələrini özünəməxsus şəkildə dəstəkləmək qərarına gəlib.

Məlumata görə, şahzadə gey-jurnal üçün fotosessiya çəkdirəcək. Onun fotoları \”Attitude\” jurnalının növbəti buraxılışında dərc olunacaq.

Britaniya şahzadəsi Uilyam və onun həyat yoldaşı Keyt Midlton ABŞ-ın Londondakı səfirliyini ziyarət edərək iyunun 12-də Floridada gey-klubda baş verən terror hadisəsi zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib.

Səfirlikdə Uilyam və Keyt cinsi azlıqların müdafiəsi ilə məşğul olan fəallarla söhbət ediblər. LGTB təşkilatının rəhbəri Kreyq Petti öz fəaliyyət sahələri barədə kral ailəsi nümayəndələrinə məlumat verib.

\”Mən şahzadəyə nə ilə məşğul olduğumdan danışırdım. O isə mənə \”Attitude\” jurnalına çəkildiyini bildirdi. Mən onlarla görüşdən əvvəl çox həyəcanlı idim. Lakin onlar hər iksi insanı ürəkləndirməyi yaxşı bacarırlar. Nə yaxşı ki, onlar bura gəlib bizə dəstək nümayiş etdirdilər\”,- deyə Petti sevinclə baş verənlərdən danışıb.

\”Attitude\” jurnalı yarandığı 1994-cü ildən bu yana Böyük Britaniyada ən məşhur LGTB jurnalıdır. Jurnala çoxlu saydə məşhur fotosesiya etdirib. Onlar arasında məşhur futbolçu Devid Bekham, aktyor Bredd Pit, Corc Kluni, müğənni Ledi Qaqa və baş nazir Devid Kameronun da adı var. (ans)

Devid kameron və Devid Bekham \”Attitude\” jurnalının üz qabığında

Britaniya şahzadəsi gey-jurnala çəkildi

Britaniya şahzadəsi gey-jurnala çəkildi

İnterpress.az