BMT-nin saytının verdiyi xəbərə görə, BMT baş katibi Pan Gi Mun bununla əlaqədar yaydığı müraciətdə yaşlı insanları fiziki zorakılıq, psixoloji təzyiq və maliyyə fırıldaqçılıqlarından qorumağa çağırıb: “Məni xüsusən cadugərlikdə ittiham edilən qadınlar barəsində informasiyalar narahat edir. Məhz bu səbəbdən onlara qohumları və cəmiyyət nümayəndələri tərəfindən pis münasibət göstərilir”.
P. G. Mun üzv dövlətlər və vətəndaş cəmiyyəti nümayəndələrini yaşlı insanlara münasibətdə zorakılığın bütün formalarını aradan qaldırmağa çağırıb.(apa)
İnterpress.az