Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu ərzaq məhsullarının topdan satışı ilə məşğul olurmuş və həyətində böyük mağazası olub.
Bildirilir ki, gecə saatlarında evə basqın edərək iş adamını çoxsaylı bıçaq zərbələri ilə öldürən şəxslər mənzildən pul aparmayıb.
Onların evə həyətdə keşik çəkən iti öldürərək girdiyi də məlum olub. İ.Məmmədovun həyətindən daha əvvəl iki dəfə oğurluq edildiyinə görə, o həyətdə it saxlayırmış. Həmçinin məlum olub ki, iş adamı bir müddət əvvəl ailəsindən boşandığı üçün tək yaşayırmış. Onun keçmiş həyat yoldaşı və qızı Bakıya köçüblər.
Hadisənin baş verdiyi küçədə və ətraf ərazilərdə təhlükəsizlik kameralarının çox olması səbəbindən hüquq-mühafizə orqanları görüntüləri izləməyə başlayıb. Hazırda rayon ərazisində əməliyyat-axtarış və texniki təqib tədbirləri davam etdirilir.
RTV (Region TV) xəbər verir ki, mərhumun yaxınları qətldən səhər saatlarında xəbər tutublar.
Əzimə Məmmədova – Qətlə yetirilən şəxsin bacısı: \”Özü kənddə müəllim işləyib. Sonra gəldi yanıma, alverə qurşandı. İki aydır ki, yanına gəlmirdim. Evə girməmişəm hələ. Biri deyir ki, ölüb, biri deyir ki, başın kəsiblər, mənim də xəbərim yoxdur\”.
İki uşaq atası olan İlqar Məmmədov öz evində ticarət mallarının topdan satışı ilə məşğul idi. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi aparılan istintaq tədbirlərindən sonra məlum olacaq. (lent.az)
İnterpress.azhttps://youtube.com/watch?v=1HZaINP2RlA