AŞ PA həmməruzəçiləri Milli Məclisdə olublarbackend

AŞ PA həmməruzəçiləri Milli Məclisdə olublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, qonaqları salamlayan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov ölkəmizlə Avropa Şurası arasında uzun illərdən bəri davam edən səmərəli və konstruktiv əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüş zamanı S.Seyidov qonaqlara həmməruzəçi missiyasından başqa, həm də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkini müşahidə etmək missiyasını həyata keçirdiklərinə görə təşəkkürünü bildirib. O, Monitorinq Komitəsində Azərbaycanla bağlı keçirilmiş son müzakirələri yüksək qiymətləndirib və bunu uğurlu işin nəticəsi kimi dəyərləndirib.

S.F.Preda və Ş.Şennak dünən Prezident İlham Əliyevlə keçirdikləri görüşdən məmnunluqlarını ifadə ediblər və Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiriblər.

Sonra görüşdə Azərbaycan ilə AŞ PA arasında əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İnterpress.az