Ləman Ələşrəfqızı da ANS-dən getdibackend

Ləman Ələşrəfqızı da ANS-dən getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Televiziyanın məşhur xəbər jurnalistlərindən olan Ləman Ələşrəfqızı kanalla yollarını ayırıb. Bu barədə xanım jurnalist özü məlumat verib.

\”20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!\”

Qeyd edək ki, son vaxtlar bir neçə tanınmış jurnalist ANS-lə vidalaşıb.

İnterpress.az