Məhkəmə Zərraba yox dedibackend

Məhkəmə Zərraba yox dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkun cənub bölgəsi prokuroru Pret Bharara Rza Zərrabın girov müqavilində azadlığa çıxmaq haqqında müraciətinin rədd edildiyini bildirib.
Verilən məlumata görə, Zərrab vəkili Benjamin Brafman vasitəsi ilə məhkəməyə azadlığa çıxmaq müqabilində 10 milyon dolları nəğd olmaqla 50 milyon dollar girov təklif edib.

Girov qarşılığında Brafman müvəkkilinin Nyu-York ərazisində 24 saat silahlı təhlükəsizlik əməkdaşlarının nəzarətində olan bir evdə, GPS ilə təqib olunaraq qalmasını tələb edib.

Məhkəmə Zərraba yox dedi

Preet Bharara-Prokuror

Vəkil Bharara məhkəmənin bu tələbi rədd etdiyini öz şəxsi Tvitter hesabında açıqlayıb.
\”Prokuror Rza Zərrabın girov təklifini rədd etdi. Məhkəmə davam edəcək\”,- deyə vəkil açıqlama verib.
Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs olunduğu bildirilirdi. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

Nyu-York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən, 33 yaşlı Zərrab iki İran vətəndaşı – Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir. (ans)

İnterpress.az