63 yaşlı amerikan bu ilin avqustunda sevgilisinə məxsus tutuquşunu çəngəllə öldürüb. Məhkəmə zamanı Atkinsonun vəkili bildirib ki, o, həmin gün baş verənləri xatırlamır.
Buna səbəb onun həmin gün bəzi dərmanlar qəbul etməsidir. Beyli adlı tutuquşunun sahibəsi isə deyib ki, bu sevimli quş onunla 18 il boyunca yaşayıb. Kişi təxmin edir ki, tutuquşunu öldürməsinə səbəb onun aramsız olaraq onu təhqir edən sözləri deməsi olub.
Məhkəmə Riçarddan sevgilisinin tutuquşusunu vəhşicəsinə öldürdüyünə görə dəyən mənəvi ziyanı ödəməyi də tələb edib. Bundan başqa, vəhşi kişi 5 il müddətində ev heyvanı saxlaya bilməz. (musavat)
İnterpress.az