Xarkovda Azərbaycan vətəndaşını qarət ediblərbackend

Xarkovda Azərbaycan vətəndaşını qarət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna mətbuatının verdiyi xəbərə görə, hadisə Xarkovun Saltovski küçəsində baş verib.

“47 yaşlı zərərçəkmiş şəxs polisə zəng edərək, binanın girişində iki silahlı şəxsin ona hücum etdiyini bildirib.

Onun sözlərinə görə, qarətçilər silahla ona hədə-qorxu gələrək, üzərindəki 30 min dollar pulu götürərək hadisə yerini tərk ediblər”, – deyə Xarkov şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, cinayətkarlar hücum zamanı havaya atəş açıblar. Hadisə ilə əlaqədar Ukrayna CM-nin “soyğunçuluq” maddəsi üzrə cinayət işi başlanıb.

İnterpress.az