Vaşinqtondan müttəfiqinə GÖZLƏNİLMƏZ ZƏRBƏ: ABŞ İranla sazişin təfərrüatlarını İsraildən GİZLƏDİRbackend

Vaşinqtondan müttəfiqinə GÖZLƏNİLMƏZ ZƏRBƏ: ABŞ İranla sazişin təfərrüatlarını İsraildən GİZLƏDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton Tehranla bağlayacağı anlaşma memorandumunu Təl-Əvivdən gizlədir

İnterpress.az xəbər verir ki, bu barədə “N12” telekanalı məlumat yayıb.

Amerika Birləşmiş Ştatları İsrailin Vaşinqton və Tehran arasında hazırlanmış anlaşma memorandumu ilə tanış olmaq barədə rəsmi xahişini rədd edib.

Verilən məlumata görə, Təl-Əviv gələn cümə günü imzalanması gözlənilən sazişin bütün təfərrüatlarından hələ də tam xəbərdar deyil.

İkitərəfli məxfi sənədin məzmununun müttəfiq ölkədən gizlədilməsi ABŞ və İsrail rəhbərliyi arasında yaranmış inamsızlığı daha da dərinləşdirib.

Analitiklər qeyd edirlər ki, bu hadisə Ağ Ev və İsrail hökuməti arasındakı ziddiyyətlərin növbəti bariz nümunəsidir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu “çox çətin adam” adlandırmış və onun Vaşinqtona minnətdar olmalı olduğunu vurğulamışdı.

Ağ Evin Tehranla birtərəfli qaydada strateji və təhlükəsizlik razılaşmaları əldə etməsi İsrailin Yaxın Şərqdəki gələcək maraqları və hərbi planları üçün ciddi suallar doğurur.

Xuraman Etibarlı

İnterpress.az