Gülməli MONTAJ SƏHVİ: Ekrandakı yaşıl adamı silə bilməyən rieltor ULDUZ OLDU – VİDEObackend

Gülməli MONTAJ SƏHVİ: Ekrandakı yaşıl adamı silə bilməyən rieltor ULDUZ OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokioda rieltor qadın montaj səhvinə görə sosial şəbəkələrdə ulduza çevrilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Yaponiyanın Tokio şəhərində fəaliyyət göstərən daşınmaz əmlak agenti (rieltor) qeyri-adi montaj səhvi ucbatından sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Qadın hazırladığı ev təqdimatı videosunda “xromakey” (yaşıl ekran) arxasında duran iş yoldaşını kadrdan necə siləcəyini başa düşə bilməyib.

Nəticədə o, videonu sosial şəbəkə hesabında “Bağışlayın, mən bu yaşıl oğlanı kadrdan necə siləcəyimi bilmirəm” başlığı ilə paylaşıb.

Məhz bu gülməli səhv sayəsində video cəmi bir sutka ərzində bir milyona yaxın baxış toplayaraq böyük marağa səbəb olub. Halbuki, rieltorun bundan əvvəlki təqdimat çarxları ən yaxşı halda cəmi bir neçə min baxış toplayırdı.

İzləyicilər videonun səmimiliyini və yaranmış yumoristik vəziyyəti yüksək qiymətləndirərək çoxsaylı rəylər yazıblar.

Sosial şəbəkə istifadəçiləri zarafatla qeyd ediblər ki, bu montaj səhvi əslində düşünülmüş ən uğurlu və fərqli marketinq gedişlərindən birinə çevrilib.

Xuraman Etibarlı

İnterpress.az