Tramp-Xamenei sazişi imzalandıqdan sonra ictimaiyyətə AÇIQLANACAQbackend

Tramp-Xamenei sazişi imzalandıqdan sonra ictimaiyyətə AÇIQLANACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp-Xamenei müqaviləsi cümə günü imzalanma mərasimindən sonra belə ictimaiyyətə açıqlanacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp və İranın ali lideri Ayətullah Əli Xamenei arasında əldə olunmuş strateji saziş cümə günü keçiriləcək rəsmi imzalama mərasimindən sonra belə ictimaiyyətə açıqlanacaq.

Tərəflərin qarşılıqlı razılığına əsasən, məxfi sənədin tam mətni və daxili təfərrüatları tamamilə gizli saxlanılacağını istəsələr də, sonda məxfilikdən çıxarılmasına razılaşıblar.

Xatırladaq ki, bundan əvvəl ABŞ administrasiyası yaxın müttəfiqi olan İsrailin sözügedən anlaşma memorandumunun mətni ilə tanış olmaq barədə rəsmi xahişini qəti şəkildə rədd etmişdi.

Vaşinqton və Tehran arasında əldə olunan bu tarixi, lakin olduqca gizli razılaşma Yaxın Şərqdə böyük siyasi rezonans doğurub.

Ekspertlər sazişin ictimaiyyətə açıqlanmamasını tərəflərin daxili auditoriya və regional müttəfiqlərin kəskin reaksiyalarından yayınmaq istəməsi ilə əlaqələndirirlər.

Cümə günü imzalanması gözlənilən sənəd ABŞ-İran münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az