Afrikada çoxlu ayaqları olan qorxu filmindəki mutant quşa bənzəyən bir quş yaşayır.
İnterpress.az xəbər verir ki, bu barədə “National Geographic” məlumat yayıb.
Afrikada yaşayan və xarici görünüşü ilə qorxu filmlərindəki çoxayaqlı mutantları xatırladan qeyri-adi bir quş növü böyük marağa səbəb olub.
Söhbət “Afrika yakanası” adlı quşdan gedir. İlk baxışdan bu quşun gövdəsindən çoxlu sayda əlavə ayaqların çıxdığı görünsə də, əslində bu qorxulu görüntünün arxasında olduqca maraqlı və qayğıkeş bir valideyn himayəsi dayanır.
Belə ki, həmin əlavə ayaqlar yakananın özünə deyil, onun kiçik balalarına məxsusdur.
Mütəxəssislər izah edirlər ki, hər hansı təhlükə anında və ya yaxınlıqda yırtıcı heyvanlar göründükdə bala cücələr dərhal valideynlərinin qanadlarının və lələklərinin altında gizlənirlər. Bu zaman onların yalnız uzun ayaqları çöldə asılı vəziyyətdə qalır.
Nəticədə quş kənardan çoxayaqlı qəribə bir canlı kimi görünür. Bu qeyri-adi müdafiə üsulu balaları həm sudakı yırtıcılardan qorumağa, həm də onların təhlükəsiz şəkildə daşınmasına xidmət edir.
Xuraman Etibarlı
İnterpress.az






