Kəsilməyə hazırlanan 500 pişik son anda XİLAS OLUNDU – FOTOLARbackend

Kəsilməyə hazırlanan 500 pişik son anda XİLAS OLUNDU – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyetnamda restoranlara ət kimi satılmaq üçün qəfəsə salınan 500 pişik xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Vyetnam polisi həyata keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində kəsilərək restoranlara satılmaq üçün qəfəslərdə saxlanılan 500-dən çox pişiyi xilas edib.

Heyvansevərlər üçün dözülməz olan bu hadisədə pişiklərin sistemli şəkildə küçələrdən toplandığı, oğurlandığı, qəfəslərə doldurularaq restoranlara çəki ilə (kiloqramla) satıldığı məlum olub.

Xoşimin şəhər polisinin apardığı intensiv araşdırmalar sayəsində heyvanların ət kimi kəsilməsinə çox az qalmış onların həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları təxminən üç ildir fəaliyyət göstərən regionlararası cinayətkar şəbəkəni tamamilə çökdürüb və hadisə ilə bağlı 9 şübhəli şəxsi həbs edib.

İstintaqın məlumatına görə, dəstə üzvləri gecə saatlarında 14 milyonluq meqapolisdə və qonşu vilayətlərdə pişikləri tələyə salır, yaxud onları birbaşa fərdi evlərin həyətlərindən oğurlayırmışlar.

Daha sonra heyvanlar xüsusi toplama məntəqələrinə gətirilir, oradan isə yerli tacirlərə, qəssabxanalara və restoranlara satılırmış.

Faktla bağlı heyvanlara qarşı qəddar rəftar və qeyri-qanuni ticarət maddələri ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az