Paşinyan: Ermənistan parlamentində Qarabağ bayraqları müharibə təhlükəsi yaradır – FOTObackend

Paşinyan: Ermənistan parlamentində Qarabağ bayraqları müharibə təhlükəsi yaradır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan bildirib ki, Ermənistan parlamentində Qarabağ bayraqlarının olması müharibə təhlükəsi yaradır.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində iflasa uğramış qondarma “Qarabağ” rejiminin bayraqlarının nümayiş etdirilməsinə kəskin etiraz edib.

Hökumət rəhbəri bu addımın yeni müharibə təhlükəsi yaratdığını vurğulayıb.

“Qarabağ hərəkatı davam etməməlidir, Ermənistan parlamentində Qarabağ bayraqlarının olması isə müharibə təhlükəsidir… İnsanlar həmin bayrağı masanın üzərinə qoyduqda, bununla da bu müzakirəni başlayır və təxribat törədirlər”, – Ermənistanın Baş naziri bəyan edib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın dövlət maraqları və gələcək sabitliyi üçün keçmiş münaqişə mövzularından tamamilə uzaqlaşmaq lazımdır.

Onun sözlərinə görə, revanşist hisslər və köhnə rəmzlərin dövlət orqanlarında nümayişi regional sülh prosesinə ciddi zərbə vurur.

Qeyd edək ki, Ermənistan müxalifəti və revanşist qüvvələr parlament iclaslarında tez-tez Qarabağ mövzusunu gündəmə gətirərək rəsmi İrəvanın fəaliyyətini tənqid edir və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar.

Xuraman Etibarlı

İnterpress.az