Noutbuku uzun müddət dizi üzərində işlədən qadının  ayaqları “YANIB”backend

Noutbuku uzun müddət dizi üzərində işlədən qadının ayaqları “YANIB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda noutbuku uzun müddət dizində saxlayan qadın ağır dəri xəstəliyinə tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Yekaterinburq şəhərində məsafədən çalışan bir qadın noutbuku uzun müddət budlarının üstünə qoyaraq işlədiyinə görə ağır dəri zədələnməsi ilə qarşılaşıb.

Bud nahiyəsində qəribə ləkələr və dərinin soyulması şikayətləri ilə həkimə müraciət edən qadına “termal eritema” və ya tibb aləmində “yanmış dəri sindromu” diaqnozu qoyulub.

Həkimlərin bildirdiyinə görə, texnikanın yaydığı infraqırmızı şüalar və kəskin istilik dərini ciddi şəkildə zədələyib.

Həkimlər xəbərdarlıq ediblər ki, əgər pasiyent vaxtında kömək üçün müraciət etməsəydi, bu zədələnmə gələcəkdə dəri xərçənginə yol aça bilərdi. Hazırda zərərçəkmiş qadını uzunmüddətli bərpa və müalicə prosesi gözləyir.

Xuraman Etibarlı

İnterpress.az