Tikintidə İNANILMAZ ÖLÜM: Boynuna kəndir dolanan fəhlə ağır tirlə birlikdə aşağı YUVARLANDI – VİDEObackend

Tikintidə İNANILMAZ ÖLÜM: Boynuna kəndir dolanan fəhlə ağır tirlə birlikdə aşağı YUVARLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda fəhlə hündürlükdən yıxılaraq faciəvi şəkildə ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Hindistanda tikinti sahəsində dəhşətli və olduqca nadir bədbəxt hadisə baş verib. Fəhlə hündürlükdən aşağıya ağır dəmir tiri atarkən idarəetməni itirərək onunla birlikdə yerə çırpılıb və dünyasını dəyişib.

Hadisənin təfərrüatlarına görə, ağır tiri bağlayan kəndir qəfil və gözlənilmədən fəhlənin boynuna dolanıb. Tir aşağıya doğru yuvarlanarkən kəndir sürətlə dartılıb və işçini də özü ilə bərabər hündürlükdən aşağıya sürükləyib.

Hadisə yerində olan digər fəhlələr həmkarının yoxa çıxmasını və bədbəxt hadisənin baş verdiyini dərhal fərq etməyiblər.

Bir qədər sonra qəzanı anlayan iş yoldaşları dərhal təcili tibbi yardım çağırıblar. Lakin hadisə yerinə gələn həkimlər fəhlənin artıq nəfəs almadığını müəyyən ediblər və onun öldüyünü təsdiqləyiblər.

Faktla bağlı yerli polis tərəfindən cinayət işi açılıb, tikinti sahəsində texniki təhlükəsizlik qaydalarının pozulması halları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az