Solovyov: “Moskvaya PUA hücumlarının videosunu yayanlar dərhal həbs edilməlidir”backend

Solovyov: “Moskvaya PUA hücumlarının videosunu yayanlar dərhal həbs edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Solovyov Moskva və ətraf bölgələrdə hücumların videolarını yayımlayanların həbs olunmasına çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Yaxın şərq və daxili gərginlik fonunda Vladimir Putini tərifləyən rusiyalı aparıcı Vladimir Solovyov PUA zərbələrini paylaşanların cəzalandırılmasını tələb edib.

Ondan sonra digər populyar aparıcılar da ölkədə milli maraqlara toxunan mövzularda sərt çıxışlar etməyə başlayıblar.

Bu çərçivədə, tanınmış teleradio aparıcısı və Dövlət Dumasının deputatı, həmçinin Rusiya dövlət televiziyasının simalarından olan şəxslər sosial şəbəkələrdə fəal olan və ölkə daxilində asayişi pozmağa çalışan vətəndaşlara qarşı sərt cəza tədbirlərinin tətbiq olunmasını tələb ediblər.

Xüsusilə, Moskva və Moskva vilayətinə endirilən PUA zərbələrinin foto və videolarını çəkərək internet platformalarında, o cümlədən ukraynalı bloqer Anatoli Şariyə və digər kanallara ötürənlərin hamısının təcili olaraq həbsxanaya salınmasının vacibliyi vurğulanıb.

“Həmin videoları göndərənlərin hamısı həbs edilməlidir. Özü də açıq və nümayişkaranə şəkildə. Belə bir videonun çəkilib kiməsə göndərilməsi faktı həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsasdır”, – Solovyov bildirib.

Qeyd edək ki, bundan əvvəl rusiyalı hərbi bloqer Maksim Kalaşnikov Kapotnyadakı neft emalı zavoduna PUA zərbəsinin videosunu paylaşdığı üçün polisə çağırılıb.

Solovyov insanları “isterikaya düşməməyə” və ölkədə müharibənin getdiyini dərk etməyə səsləyib:

“Müharibə iradə tələb edir. İsterika etmək deyil, təhlil etmək lazımdır. Əgər daxilinizdə rus ruhuna aid heç nə yoxdursa, satqınların yolu ilə gedin, Vətəninizi tərk edin, vlasovçu xainlərin sırasına qoşulun və öz ölkənizi ləkələməyə başlayın”, – Solovyov deyib.

Xuraman Etibarlı

İnterpress.az