Ermənistanlı eks-deputat Ruben Akopyan yenidən SAXLANILDIbackend

Ermənistanlı eks-deputat Ruben Akopyan yenidən SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müxalif siyasətçi, keçmiş deputat Ruben Akopyan saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistan parlamentinin keçmiş deputatı, tanınmış müxalif siyasətçi Ruben Akopyan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Siyasətçi özü bildirib ki, polislər və istintaq orqanlarının nümayəndələri onu həbs etmək məqsədilə yaşadığı mənzilə gəliblər.

Hadisənin digər təfərrüatları barədə hələlik geniş məlumat verilməyib. Ermənistan İstintaq Komitəsindən məsələ ilə bağlı yaxın saatlarda rəsmi şərh veriləcəyi bildirilib.

Qeyd edək ki, keçən ilin iyul ayında (2025-ci il) müxalif siyasətçi kütləvi şəkildə hakimiyyəti zorla devirməyə çağırış ittihamı ilə həbs edilmişdi. Lakin bir aydan bir qədər çox həbsdə qaldıqdan sonra o, yaşayış yerini tərk etməmək barədə iltizam sənədi imzalatdırılmaqla sərbəst buraxılmışdı.

Xuraman Etibarlı

İnterpress.az