Sərxoş qonşu evləri səhv salaraq başqasının mənzilinə DAXİL OLDU – VİDEObackend

Sərxoş qonşu evləri səhv salaraq başqasının mənzilinə DAXİL OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada sərxoş qonşu evləri səhv salaraq başqasının mənzilinə girib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada içki məclisindən qayıdan sərxoş kişinin evləri səhv salaraq qonşunun mənzilinə girməsi ev sahibəsində güclü sarsıntı və qorxu yaradıb.

Zərərçəkmiş Daryanın mənzilinə qəfil iri bədənli naməlum kişi daxil olub. Həmin vaxt qadının həyat yoldaşı uşaqla birlikdə gəzintiyə çıxıb və təsadüfən giriş qapısını kilidləməyi unudub.

Qadının sözlərinə görə, mənzilə girən şəxs həddindən artıq sərxoş olub və evi tərk etməkdən qəti şəkildə imtina edib.

Ev sahibəsi onu təkbaşına mənzildən çıxarmağa çalışsa da, gücünün çatmadığını başa düşüb. Panikaya düşən Darya qışqırmağa başlayıb, dərhal evdəki itlərini götürərək bloka qaçıb və oradan polisə zəng edib.

Hadisə yerinə gələn polis əməkdaşları mənzilə daxil olanda həmin şəxsin döşəmənin üzərində uzanaraq rahat şəkildə yatdığını görüblər.

Sonradan aparılan araşdırmalar zamanı onun həmin binada yaşayan qonşu olduğu məlum olub.

Sərxoş qonşu məclisdən sonra mərtəbələri səhv salıb və öz mənzilində olduğuna tam əmin olub.

Faktla bağlı polis bölməsində araşdırma aparılır, sərxoş qonşu barəsində müvafiq inzibati protokol tərtib olunub.

Xuraman Etibarlı

İnterpress.az