İranla sazişdən sonra Ağ Evdə Trampın irsi uğrunda mübarizə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Emerson College Polling” sosioloji xidməti məlumat yayıb.
İranla sülh sazişinin imzalanmasından sonra Ağ Evdə yeni aparatdaxili qarşıdurma başlayıb.
Tənqidçilər Tehrana verilən güzəştlərdən olduqca narazıdırlar, ABŞ Prezidenti Donald Tramp isə artıq indidən sazişin mümkün uğursuzluğundan özünü uzaq tutmağa çalışır.
“Hər şey alınsa, şöhrəti mən götürəcəyəm. Alınmasa, Cey Dini günahlandıracağam”, – Tramp zarafatla vitse-prezident Cey Di Vensə işarə edib.
Vens razılaşmanın əsas ictimai müdafiəçisinə çevrilib. Tramp ona ilk növbədə İranın nüvə proqramı üzrə detalları 60 gün ərzində hazırlamağı tapşırıb.
İndi vitse-prezident bu sazişi “Öncə Amerika” (America First) siyasətinin böyük uğuru kimi təqdim edir və özünü Trampın gələcək varisi kimi təsdiqləməyə çalışır.
Onun əsas rəqibi isə İrana qarşı sərt xətt tərəfdarı hesab olunan və hələlik sazişi ictimai şəkildə şərh etməkdən çəkinən dövlət katibi Marko Rubio olaraq qalır.
“Emerson College Polling” sosioloji xidmətinin məlumatına görə, gələcəkdə keçiriləcək praymerizlər (ilkin seçkilər) ərəfəsində aparılan rəy sorğularında Vens və Rubio demək olar ki, bərabər səviyyədə irəliləyirlər – müvafiq olaraq 36% və 35% səslə.
Bu daxili rəqabətin ABŞ-nin gələcək siyasi kursunu və Trampdan sonrakı lideri müəyyən edəcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






