Buna səbəb “Elm haqqında” qanun layihəsi ilə bağlı zaman-zaman bir neçə deputatın səsləndirdiyi fikirlər olub.
Fazil Mustafa çıxışı zamanı bildirib ki, qanun layihəsinin birinci və ikinci oxunuşlardakı müzakirəsi zamanı bir çox deputatlar magist və doktorantlara möhlət hüququnun verilməsi barəsindəki bəndin sənəddən çıxarılmasını istəyiblər.
Lakin prezidentin magistrlər və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı müddəanın saxlanmasını tövsiyə etməsi həmin deputatları öz mövqelərini 180 dərəcə dəyişməyə məcbur edib.
Əvvəlcə israrla möhlət hüququnun verilməməsini istəyən deputatlar, przidentin işə qarışmasından sonra əksinə çıxış ediblər.
Fazil Mustafa da məhz həmin deputatları mövqelərini dəyişməkdə qınayıb.
Magistr və doktorantlara möhlət hüququ verilməsinin əleyhinə çıxan, ancaq sonradan mövqeyini dəyişənlər arasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də var.
Deputat İsa Həbibbəylidən məsələyə münasibət öyrənməyə çalışıb.
Deputat bildirib ki, kiminsə haqqında dediklərini şərh edəndə bu, qeybətə çevrilə bilər.
“Fikirlərimə irad bildirib haqqımda nəsə deyib. Burda nə var ki! Onun da məsələyə baxışı bu cürdü. Bunu şərh etməyə dəyməz.
Düşünürəm ki, “o deputat nə deyib”, “bu deputatın irad bildirməkdə məqsədi nədir?!” kimi məsələləri müzakirə predmetinə çevirəndə qeybət xarakterli olacaq. Parlamentin daxili həyatında kiminsə fikirlərinə etiraz etmək olar.
Üstəlik, həmin məsələ barədə qərar var. Möhtərəm prezidentimiz tərəfindən bu qərar qəbul edilib. Onun qərarının icra edilməsini özümüz üçün şərəf bilirik. Bunu yenidən müzakirə etməyə ehtiyac yoxdur”.(modern.az)
İnterpress.az