Tbilisidə MİQRANT ƏMƏLİYYATI: Saxlanılan əcnəbilər arasında Azərbaycan vətəndaşları da varbackend

Tbilisidə MİQRANT ƏMƏLİYYATI: Saxlanılan əcnəbilər arasında Azərbaycan vətəndaşları da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda genişmiqyaslı reyd aparılıb. Aralarında Azərbaycan vətəndaşlarının da olduğu 54 qeyri-qanuni miqrant saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “İnterpressnews” agentliyi məlumat yayıb.

Gürcüstanda Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən növbəti təhlükəsizlik reydləri zamanı daha 54 qeyri-qanuni miqrant saxlanılıb.

Nazirliyin verdiyi məlumata görə, Miqrasiya Departamentinin əməkdaşları qayda pozanların yaşadıqları mənzillərdə, həmçinin qanunsuz olaraq işə cəlb edildikləri müxtəlif müəssisə və istehsalat obyektlərində geniş yoxlamalar aparıblar.

Yoxlamalar nəticəsində ölkə ərazisində heç bir hüquqi əsası olmadan qalan Nigeriya, Hindistan, Nepal, Özbəkistan, Türkiyə, İordaniya, Misir, Azərbaycan, Yəmən, Türkmənistan, Çin, Pakistan və Livan vətəndaşları müəyyənləşdirilərək nəzarətə götürülüb.

Saxlanılan miqrantların əksəriyyətinin viza müddətlərinin bitdiyi və ya ölkəyə qeyri-qanuni yollarla daxil olduqları aşkarlanıb.

Miqrasiya Departamentinin rəsmiləri bildiriblər ki, bu şəxslərin Gürcüstan qanunvericiliyinə uyğun olaraq ölkədən deportasiya edilməsi prosesinə başlanılıb.

Son vaxtlar Gürcüstan hökuməti ölkədə milli təhlükəsizliyin təmin olunması məqsədilə miqrasiya nəzarətini kəskin şəkildə sərtləşdirib.

Qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün mütəmadi olaraq bu cür genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az