Qvatemalada QORXULU ANLAR: Közərmiş qaya parçaları turistlərin üzərinə TÖKÜLDÜ – VİDEObackend

Qvatemalada QORXULU ANLAR: Közərmiş qaya parçaları turistlərin üzərinə TÖKÜLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qvatemalada “Fuego” vulkanı ətrafındakı turistlər vulkanik qəlpələrin hədəfinə çevriliblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mərkəzi Amerikanın Qvatemala dövlətində yerləşən məşhur “Fuego” vulkanı yaxınlığında dincələn turistlər qorxulu anlar yaşayıblar.

Vulkanın növbəti qəfil püskürməsi zamanı kraterdən havaya sıçrayan közərmiş vulkanik qaya parçaları və isti kül kütlələri birbaşa yaxınlıqdakı turist izdihamının üzərinə tökülüb.

Bir anda baş verən və “vulkanik atəş” adlandırılan hadisə zamanı xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Ziyarətçilər ərazidən qaçaraq canlarını çətinliklə qurtara biliblər.

Xuraman Etibarlı

İnterpress.az