Zelenski Belarusu hərbi zərbələrlə hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Belarusu ölkə ərazisinə qarşı hərbi zərbələr endirməklə hədələyib.
Bəyanatla çıxış edən Ukrayna lideri Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərindən incimədiyini, lakin sərhəddə yaranan hərbi təhdidlərə qarşı qətiyyətli addımlar atacaqlarını bildirib.
Zelenski Ukrayna ilə sərhədyanı bölgələrdə Ukrayna ərazisinə atəşi korreksiya edən xüsusi hərbi texnikanın yerləşdirildiyini qeyd edib.
“Mən Lukaşenkonun sözlərindən incimirəm, lakin Ukrayna ilə sərhədyanı vilayətlərdə Ukraynaya atəşi korreksiya edən texnika var. Həmin texnikanın ərazidən çıxarılması üçün bir həftə vaxt verirəm, əks halda bunu biz özümüz edəcəyik”, – Zelenski qətiyyətlə vurğulayıb.
Mütəxəssislər qeyd edirlər ki, rəsmi Kiyevin Belarusa qarşı bu cür kəskin ultimatumla çıxış etməsi iki ölkə arasında onsuz da gərgin olan münasibətləri müharibə həddinə çatdıra bilər.
Rusiya ilə yaxın ittifaqda olan Belarus rəhbərliyi isə öz növbəsində Ukrayna sərhədində təhlükəsizlik tədbirlərini gücləndirdiyini bəyan edib.
Hazırda Ukrayna Silahlı Qüvvələrinin Belarus sərhədinə yaxın ərazilərdə hərbi hazırlıqları artırdığı bildirilir.
Mövzu ilə bağlı rəsmi Minsk hələlik yeni cavab bəyanatı yaymayıb.
Xuraman Etibarlı
İnterpress.az






