2026-cı il dünya çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.
İnterpress.az xəbər verir ki, Türkiyə millisi Paraqvayla üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 07:00-da start götürüb.
Paraqvay oyuna qolla başlayıb. 64-cü saniyədə Qalarzanın qoluyla amerikalılar Türkiyə qarşısında 1:0 önə keçib.
Gərgin keçən ilk hissənin sonlarında Paraqvay millisi azlıqda qalıb. Migel Almiron meydandan qovulub.
Görüş 1:0 Paraqvayın qələbəsiylə başa çatıb. Bu nəticədən sonra Türkiyə millisinin növbəti mərhələyə yüksəlmə şansı qalmayıb. ABŞ-la oyun ay-ulduzluların mundialda son matçı olacaq.
DÇ-2026
D qrupu, II tur 20 iyun
07:00. Türkiyə – Paraqvay 0:1






