Hadisə Maştağa qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan 2000-ci il təvəllüdlü A. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. 16 yaşlı qızın atası Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib.
O, bildirib ki, tanımadığı şəxs 16 yaşlı qızının evlənmək məqsədilə qaçırıb. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, qızı yetkinlik yaşına çatmayıb və məktəblidir. Qızın atası şikayətini belə əsaslandırıb ki, qızını həmin şəxs zorla qaçırıb.
Hazırda polis əməkdaşları tərəfindən tədbirlər görülür.(teleqraf)
İnterpress.az