Moskva-Omsk təyyarəsində DƏHŞƏTLİ ÖLÜM: Sərnişinlər tərəfindən bağlanan şəxs CAN VERDİ – VİDEObackend

Moskva-Omsk təyyarəsində DƏHŞƏTLİ ÖLÜM: Sərnişinlər tərəfindən bağlanan şəxs CAN VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva-Omsk reysində sərnişin qorxulu anlar yaşadıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Moskva – Omsk reysini yerinə yetirən sərnişin təyyarəsinin göyərtəsində ölüm hadisəsi qeydə alınıb. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə rəsmi cinayət işi başlanıb.

İlkin məlumatlara görə, uçuş zamanı bir kişi sərnişin özünü olduqca aqressiv aparıb, pilotların kabininə daxil olmağa çalışaraq sərnişinlər və heyət üzvləri üçün ciddi təhlükə yaradıb.

Göyərtədəki digər sərnişinlər onu birgə səylərlə zərərsizləşdirməyi bacarıb, onun əllərini və ayaqlarını plastik sıxaclarla bağlayıblar.

“112” teleqram kanalının yaydığı məlumata görə, aqressiv sərnişin bir müddət sonra sakitləşib və sərnişinlər onun əl-ayağındakı bağları açıblar. Lakin elə bu an həmin şəxs qəfildən huşunu itirərək yerə yıxılıb.

Təyyarə təcili olaraq yaxınlıqdakı hava limanına eniş etsə də, hadisə yerinə gələn həkimlər sərnişinin artıq vəfat etdiyini müəyyənləşdiriblər.

Hazırda müstəntiqlər və tibbi ekspertlər tərəfindən onun ölümünün dəqiq səbəbləri, eləcə də sərnişinlərin onu zərərsizləşdirərkən güc həddini aşıb-aşmadıqları ətraflı araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az