Moskva ətrafında sərxoş ana iki aylıq körpəsini günəş altında unudub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Moskva vilayətinin Kotelniki şəhərində dəhşətli valideyn məsuliyyətsizliyi qeydə alınıb. Bir ana iki aylıq körpəsini uşaq arabasında, birbaşa günəş şüaları altında unudaraq qonşuluqdakı piknikdə spirtli içki qəbul etməyə yollanıb.
Hadisə iyunun 21-də axşam saatlarında baş verib. Uşaq arabasının iki saatdan çox günəş altında nəzarətsiz qaldığını görən yoldan keçən sakinlər dərhal polis və təcili tibbi yardım çağırıblar.
İntensiv istivurma (termik zərbə) keçirən körpə təcili olaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Məsuliyyətsiz ana “valideynlik vəzifələrini layiqincə yerinə yetirməmə” ittihamı ilə asayiş keşikçiləri tərəfindən saxlanılıb.
Son məlumata görə, hazırda körpənin vəziyyəti stabilləşib və onun həyatı üçün hər hansı təhlükə yoxdur. Uşaq müvəqqəti olaraq nənəsinin qəyyumluğuna verilib.
Moskva vilayət prokurorluğu faktla bağlı genişmiqyaslı yoxlamalara başlayıb. Valideynlik hüququndan məhrumetmə və cinayət məsuliyyətinin tətbiq olunması məsələsi nəzərdən keçirilir.
Xuraman Etibarlı
İnterpress.az






