“A24” studiyasının tarixində REKORD: “The Backrooms” filminin kassa gəlirləri 300 milyon dolları ÖTDÜ – FOTObackend

“A24” studiyasının tarixində REKORD: “The Backrooms” filminin kassa gəlirləri 300 milyon dolları ÖTDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Backrooms” filmi 300 milyon dollar kassa gəliri əldə edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

Məşhur müstəqil “A24” kinostudiyasında tarixi uğur qeyd olunur.

Gənc rejissor Keyn Parsonsun tammetrajlı kinoda debüt işi olan “The Backrooms” (“Reallığın pərdəarxası”) filmi studiyanın tarixində qlobal kassa gəlirləri 300 milyon dolları (təxminən 510 milyon manat) ötən ilk ekran işi olub.

Ən maraqlısı isə budur ki, bu nəhəng gəliri gətirən filmin istehsalı və çəkilişləri üçün cəmi 10 milyon dollar (təxminən 17 milyon manat) büdcə xərclənib.

“The Backrooms” layihəsi ilk dəfə “YouTube” platformasında yayımlanan və qısa müddətdə milyonlarla baxış toplayaraq virusa çevrilən qısametrajlı qorxu videoları seriyası kimi başlayıb.

“A24” studiyasının bu layihəni tammetrajlı filmə çevirmək riskini alması və gənc Keyn Parsonsa etibar etməsi müstəqil kino tarixində ən uğurlu və gəlirli investisiya qərarlarından biri kimi qiymətləndirilir.

Ekran işi həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az