Elektrikli burğu məktəblinin barmağını DEŞİB KEÇDİ – VİDEObackend

Elektrikli burğu məktəblinin barmağını DEŞİB KEÇDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımda uşaq alətlərlə oynayarkən barmağını burğu ilə deşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Krımda tikinti alətləri ilə oynayan azyaşlı uşaq qorxunc və bədbəxt hadisə ilə üzləşib. Nəriman adlı məktəbli uşaq elektrikli vint buranın köməyi ilə özünə əldəqayırma oyuncaq silah düzəltmək istəyib. Bu zaman matqab ucluğu qəfildən onun barmağını tamamilə deşərək o biri tərəfindən çıxıb.

Uşağın fəryad səsini eşidən ailə üzvləri dərhal onun yanına qaçıblar və əlində dəmir milin ilişib qaldığını aşkar ediblər. Yaxınları təcili tibbi yardımı təxminən saat yarım gözləməli olublar, daha sonra isə uşaq təcili olaraq xəstəxanaya çatdırılıb.

Həkimlər dərhal rentgen müayinəsi aparıb, matqab ucluğunu çıxarıb və yaraya tikiş qoyublar.

Xoşbəxtlikdən, hadisə sümük və ya mühüm sinirlərə ciddi ziyan vurmadığı üçün ağır fəsadların qarşısı alınıb. Uşağın barmağında həm həssaslıq, həm də normal hərəkətlilik tamamilə qorunub saxlanılıb.

Mütəxəssislər valideynləri uşaqların bu cür təhlükəli elektrikli və kəsici-deşici tikinti alətləri ilə nəzarətsiz oynamasına imkan verməməyə, bütün alətləri uşaqların əli çatmayan qapalı yerlərdə saxlamağa çağırırlar.

Xuraman Etibarlı

İnterpress.az