Qadın dələduzların təhriki ilə mənzilini YANDIRDI – VİDEObackend

Qadın dələduzların təhriki ilə mənzilini YANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelyabinskdə qadın fırıldaqçının təhriki ilə mənzilini yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Çelyabinsk şəhərində dəhşətli hadisə baş verib. Sosial şəbəkələrdə fəaliyyət göstərən fırıldaqçıların qurbanı olan bir qadın, onlara 40 min rubl (təxminən 920 manat) pul verib və evini yandırıb.

Fırıldaqçı ona böyük məbləğdə sığorta pulu alacağını vəd edib. Hadisə zamanı qadın onlayn rejimdə fırıldaqçının göstərişlərinə əməl edərək evinin yatağını alovlandırıb.

Cinayətkar isə qadına “tərpənmə, heç bir təhlükə yoxdur” deyərək onu yanğın zamanı evdə qalmağa vadar etməyə çalışıb. Lakin mənzil qısa müddətdə zəhərli tüstü ilə dolduğundan qadın qorxuya düşərək evdən qaçıb.

Hadisə zamanı mənzildə yaşayan on sakinin təcili olaraq təxliyə olunması mümkün olub. Yanğın nəticəsində heç kim xəsarət almayıb, lakin mənzillərin birinə ciddi ziyan dəyib.

Yanğınsöndürənlər alovu söndürdükdən sonra mənzil sahibəsinin törətdiyi cinayət ifşa olunub. O, özünün törətdiyi yanğın hadisəsini qısa müddətlik ev qrupuna yaydığı video vasitəsilə etiraf edib.

Faktla bağlı fırıldaqçılıq və yanğın törətmə maddələri ilə cinayət işi açılıb. Qadın və onunla əlbir olan cinayətkar qrupun üzvlərinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az