Dəhşətli İNTİQAM: Keçmiş sevgilisinin azot turşusu ilə yandırdığı qızın gözü KOR OLDU – FOTOLARbackend

Dəhşətli İNTİQAM: Keçmiş sevgilisinin azot turşusu ilə yandırdığı qızın gözü KOR OLDU – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda keçmiş sevgilisinin üzərinə turşu tökdüyü gənc qız sol gözünü itirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

Sankt-Peterburqda keçmiş sevgilisi tərəfindən amansız hücuma məruz qalan gənc qız sol gözündən məhrum olub. Hadisə may ayının sonunda baş verib.

Əvvəllər başqa bir qadını təqib etdiyinə görə məhkum olunmuş şəxs keçmiş sevgilisini əvvəlcə bıçaqlayıb, daha sonra isə onun üzünə azot turşusu töküb.

Ağır kimyəvi yanıqlar alan qadının bədəninin 32 faizindən çoxu – üzü, başı, boynu, sinəsi, ətrafları, həmçinin gözünün buynuz qişası və göz qapaqları yanıb. Bundan əlavə, ona bir neçə bıçaq zərbəsi vurulub və diz nahiyəsindən odlu silahla atəş açılıb.

Hazırda zərərçəkmiş xəstəxanada həkimlərin ciddi nəzarəti altındadır. Onu qarşıda bir neçə dəri köçürülməsi (transplantasiyası) əməliyyatı, göz almasının protezləşdirilməsi və olduqca uzunmüddətli bərpa dövrü gözləyir.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin yerli idarəsi tərəfindən “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.

Hücumu törədən cinayətkar artıq həbs edilərək istintaq təcridxanasına yerləşdirilib. Müstəntiqlər qorxunc hadisənin bütün təfərrüatlarını araşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az