Yelloustoun parkında qanunsuz uçurulan dron ana ayı və balalarını QORXUTDU – VİDEObackend

Yelloustoun parkında qanunsuz uçurulan dron ana ayı və balalarını QORXUTDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yelloustoun parkında qorxunc anlar: Dron ana boz ayı və balalarını dəhşətə salıb

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

ABŞ-nin məşhur Yelloustoun (Yellowstone) Milli Parkında texnologiyanın vəhşi təbiətə müdaxiləsi səs-küylü və qeyri-adi insidentə səbəb olub.

Kimliyi hələlik müəyyən edilməyən naməlum şəxs park ərazisində dişi qrizli ayısı və onun iki balasının üzərində qanunsuz olaraq dron uçurub. Bu hərəkət heyvanlar arasında güclü qorxu və panikaya, hadisəni kənardan izləyən çoxsaylı turistlər arasında isə böyük qəzəbə yol açıb.

Qorxudan geri atılan ayı balaları daha sonra anaları ilə birlikdə sürətlə meşəlik əraziyə qaçaraq gözdən itib.

Milli Park rəsmiləri bildiriblər ki, 2014-cü ildən bəri ABŞ-nin bütün milli parklarının ərazisində pilotsuz uçuş aparatlarının (dronların) uçurulması qanunla qəti şəkildə qadağan edilib. Bu qaydanı pozan şəxsləri 5000 dollara (təxminən 8 500 manat) qədər pul cəriməsi və ya altı aya qədər həbs cəzası gözləyir.

Hazırda park mühafizəçiləri və asayiş keşikçiləri heyvanların rahatlığını pozan və qanunsuz uçuş həyata keçirən operatorun tapılması üçün ciddi araşdırma aparırlar.

Ekoloqlar bu cür texnoloji cihazların vəhşi heyvanlarda güclü stresə yol açdığını və onların təbii davranışlarını pozduğunu vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.az