Qırğızıstanda həbs edilən rusiyalı politoloq AZADLIĞA BURAXILDIbackend

Qırğızıstanda həbs edilən rusiyalı politoloq AZADLIĞA BURAXILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda muzdlu döyüşçü toplamaqda ittiham olunan rusiyalı jurnalist Viktor Vasilyev azadlığa buraxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qırğızıstanda Rusiya ordusu üçün muzdlu döyüşçülər toplamaq və insanların hərbi xidmətə cəlb edilməsini təşkil etmək ittihamı ilə mühakimə olunan 41 yaşlı rusiyalı jurnalist, afrikanist və politoloq Viktor Vasilyev azadlığa buraxılıb.

Məlumata görə, o, iyunun 12-də istintaq təcridxanasından buraxılıb. Vasilyev təcridxanada bir il iki ay müddətində saxlanılıb.

Hazırda o, ölkədən deportasiya edilməsi barədə qərarın ləğv olunmasına və dissertasiya yazdığı Qırğız-Rus Slavyan Universitetindəki təhsilinə geri qayıtmağa çalışır.

Gələcəkdə o, pedaqoji fəaliyyətlə məşğul olmağı, həmçinin həbsxana təcrübəsi və Qırğızıstandakı dəyişikliklər barədə kitab yazmağı planlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az