Hindistanda tikilməkdə olan məbədin tavanı UÇDU: 7 nəfər öldü, 25 yaralı var – VİDEObackend

Hindistanda tikilməkdə olan məbədin tavanı UÇDU: 7 nəfər öldü, 25 yaralı var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda tikilməkdə olan məbədin tavanı uçub. Azı 7 nəfər ölüb, çoxlu sayda yaralı var.

İnterpress.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Hindistanın Maharashtra ştatının Parbhani dairəsində yerləşən Yaşvadi kəndində tikilməkdə olan Hanuman məbədinin tavanının çökməsi nəticəsində azı 7 nəfər dindar faciəvi şəkildə həyatını itirib, 25-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şənbə günü günorta saatlarında, məbəddə kütləvi ibadət mərasiminin keçirildiyi vaxt baş verib.

Tikilməkdə olan xarici zalın ağır daş plitələri və dayaq dirəkləri qəfil ibadət edən dindarların üzərinə aşıb.

Hadisə yerinə dərhal xilasedicilər, tibb işçiləri və ağır texnika cəlb olunub. Dağıntılar altından 25-ə yaxın dindar sağ çıxarılaraq təcili şəkildə yaxınlıqdakı rayon xəstəxanalarına yerləşdirilib.

Ştatın Baş naziri Devendra Fadnavis baş vermiş hadisə ilə bağlı dərin hüznlə başsağlığı verib və yaralıların müalicə xərclərinin dövlət tərəfindən tam qarşılanacağını bildirib.

O, həmçinin vəfat edənlərin ailələrinə dövlət tərəfindən 500 min rupi (təxminən 10 200 manat) məbləğində birdəfəlik maddi yardımın ayrılacağını elan edib.

Hüquq-mühafizə orqanları tikinti işlərini həyata keçirən şirkət barəsində təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az