Almaniyada nəqliyyatda irimiqyaslı QƏZA: Bütün qatarların hərəkəti tamamilə DAYANDIbackend

Almaniyada nəqliyyatda irimiqyaslı QƏZA: Bütün qatarların hərəkəti tamamilə DAYANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada dəmir yolu nəqliyyatında ölkə boyu qatarların hərəkəti tamamilə dayanıb.

İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.

Almaniyanın “Deutsche Bahn” (Almaniya Dəmir Yolları) şəbəkəsində baş verən irimiqyaslı texniki nasazlıq səbəbindən ölkə ərazisində qatarların hərəkəti tamamilə iflic olub.

Şirkətin nümayəndəsi qəza barədə məlumatı “dpa” informasiya agentliyinə təsdiqləyib. Verilən məlumata görə, nasazlıq rəqəmsal dəmir yolu radiorabitə sistemində (GSM-R) meydana gəlib.

“Deutsche Bahn Regional” idarəsinin baş direktoru Evelin Palla açıqlamasında bildirib ki, hazırda əsas məqsəd sərnişinlərin təhlükəsiz şəkildə vaqonlardan düşə bilməsi üçün qatarları yaxınlıqdakı stansiyalara çatdırmaqdır.

Problemin dəqiq səbəbi və xarakteri hələlik rəsmən müəyyənləşdirilməyib.

Meydana gələn qəza həm şəhərlərarası sürətli qatarların, həm də şəhərətrafı elektrik qatarlarının, o cümlədən Berlin və Münhenin “S-Bahn” metro-qatarlarının hərəkətini tamamilə dayandırıb.

Qatarların hərəkətinin təhlükəsizliyinə tam təminat verilənə qədər bütün reyslərin müvəqqəti təxirə salınacağı və ciddi gecikmələrin qaçılmaz olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az