Məktəb şənliyi KABUSA DÖNDÜ: Toyuqlu plov yeyən 114 nəfər ZƏHƏRLƏNDİbackend

Məktəb şənliyi KABUSA DÖNDÜ: Toyuqlu plov yeyən 114 nəfər ZƏHƏRLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə məktəb tədbirində kütləvi zəhərlənmə baş verib. 96-sı şagird olmaqla 114 nəfər xəstəxanalıq olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Habertürk” portalı məlumat yayıb.

Türkiyənin qərbində yerləşən Kütahya vilayətində məktəb tədbiri zamanı kütləvi qida zəhərlənməsi qeydə alınıb. Meydan məhəlləsindəki “Şule Mete Tetik” orta məktəbində keçirilən gənclik şənliyində paylanılan toyuqlu plov və ayrandan yeyən 96 şagird və 18 valideyn daxil olmaqla, ümumilikdə 114 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib.

Hadisədən dərhal sonra məktəb ərazisinə çoxlu sayda təcili yardım briqadası cəlb olunub. Zərərçəkmişlər ilkin tibbi yardımdan sonra Kütahya Şəhər Xəstəxanasına və digər tibbi müəssisələrə yerləşdiriliblər.

Son rəsmi məlumatlara görə, müalicə alanlardan 113 nəfəri artıq evə buraxılıb, yalnız bir şagirdin xəstəxanada həkim nəzarəti altında müalicəsi və nəzarət prosesi davam etdirilir.

Baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı yerli prokurorluq və hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı adli və inzibati araşdırmalara başlanılıb.

Kütahya Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsinin mütəxəssisləri məktəbdə paylanılan toyuq, plov və ayran məhsullarından analiz üçün nümunələr götürərək laboratoriyaya göndəriblər.

Müalicə olunaraq evə buraxılan vətəndaşların ümumi sağlamlıq durumunun yaxşı olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az