Moskvada yanğından xilas olmaq istəyən gənc qız pəncərədən tullanaraq faciəvi şəkildə ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvada yaşayış binasında baş verən güclü yanğın zamanı faciəvi ölüm hadisəsi qeydə alınıb. Gənc qız alovlardan xilas olmaq məqsədilə binanın 4-cü mərtəbəsindən özünü yerə atıb və hadisə yerindəcə keçinib.
Şahidlərin sözlərinə görə, 4-cü mərtəbədəki mənzildən qəfildən qatı tüstü və alovlar ucalmağa başlayıb. Bir qədər sonra yoldan keçən sakinlər yanan evin pəncərəsində gənc qızı görüblər və o, alovlara dözməyərək özünü aşağıya atıb.
Qız aldığı ağır bədən xəsarətlərindən həkimlər hadisə yerinə gələnə qədər dünyasını dəyişib. Hadisə yerinə dərhal xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub, mənzildəki yanğın qısa müddətdə söndürülüb.
Hazırda Rusiya İstintaq Komitəsinin paytaxt üzrə idarəsi tərəfindən yanğının başvermə səbəblərini və hadisənin bütün təfərrüatlarını araşdırmaq üçün təhqiqat işləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






