Miras davasının AMANSIZ SONU: Qardaş bacısını öldürüb hissələrə AYIRDI – FOTOLARbackend

Miras davasının AMANSIZ SONU: Qardaş bacısını öldürüb hissələrə AYIRDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada miras üstündə bacısını öldürüb parçalayan kişi hadisə yerində tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada miras davası zəminində törədilmiş vəhşicəsinə qətl hadisəsinin tükürpədici təfərrüatları bəlli olub. 55 yaşlı Dmitri adlı şəxs öz doğma bacısını qətlə yetirdikdən sonra onun cəsədini amansızcasına hissələrə ayırıb.

Qatil kəsilmiş qolun bir hissəsini tualetdə su vasitəsilə axıtmağa çalışarkən asayiş keşikçiləri tərəfindən cinayət başında yaxalanıb. Faciə 57 yaşlı Svetlana adlı qadının işə gəlməməsi və zənglərə cavab verməməsindən sonra üzə çıxıb.

Svetlananın iş yoldaşları onun evinə gəlsələr də, qapını açan olmayıb. Ertəsi gün qadının rəhbəri polisə rəsmi ərizə ilə müraciət edib, bundan sonra hüquq-mühafizə orqanları mənzilə daxil olublar.

Mənzildə olan 55 yaşlı Dmitri polisləri görərkən güclü panikaya düşərək qətlin izlərini itirməyə və bacısının torbalara və vedrələrə yığılmış cəsəd qalıqlarını gizlətməyə çalışıb.

O, bədənin bəzi kiçik hissələrini tələsik tualetdə axıtmaq istəsə də, asayiş keşikçiləri dərhal onu zərərsizləşdirərək qandallayıblar.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin paytaxt idarəsi tərəfindən “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri və məhkəmə-tibbi ekspertizalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az