Yekaterinburqda sərnişin avtobusları atəşə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Yekaterinburq şəhərində iki sərnişin avtobusu naməlum şəxs tərəfindən atəşə tutulub. Hadisə nəticəsində sərnişinlərdən biri yaralanıb.
Verilən məlumata görə, qatarın deyil, sərnişin avtobuslarının hərəkəti zamanı pnevmatik silahdan atəş açılıb. Güllələrdən bir neçəsi avtobusların şüşələrini deşərək salonun daxilinə daxil olub.
Nəticədə sərnişinlərdən biri bədən nahiyəsindən yaralanıb və ona hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.
Hadisəni törədən şəxs cinayət yerindən qaçmağa nail olub, hazırda polis əməkdaşları onun axtarışını həyata keçirirlər.
Yerli sakinlərin sözlərinə görə, atəş yaxınlıqda tikilməkdə olan binaların tərəfindən açılıb. Bu, sözügedən rayonda baş verən ilk belə silahlı hadisə deyil.
Belə ki, bir qədər əvvəl qonşu dayanacaqda park edilmiş bir neçə minik avtomobili də pnevmatik silahdan açılan atəş nəticəsində ciddi zədələnibmiş.
Faktla bağlı xuliqanlıq və silah tətbiq etməklə sağlamlığa zərər vurma maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






