Vulkanizasiya məntəqəsində FACİƏ: Bir nəfər öldü, iki nəfər ağır yaralandı – VİDEObackend

Vulkanizasiya məntəqəsində FACİƏ: Bir nəfər öldü, iki nəfər ağır yaralandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda traktor təkərinin partlaması faciəyə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Hindistanda vulkanizasiya (təkər təmiri) məntəqəsində ölümlə nəticələnən qeyri-adi və dəhşətli bədbəxt hadisə baş verib.

Məntəqədə çalışan üç fəhlə hava ilə doldurulmuş nəhəng traktor təkərinin üzərində əyləşiblər. Daxili təzyiqə və fəhlələrin çəkisinə dözməyən ağır traktor şini qəfildən böyük qüvvə ilə partlayıb.

Güclü partlayış dalğasının və təzyiqin təsirindən fəhlələrdən biri hadisə yerindəcə faciəvi şəkildə həyatını itirib. Digər iki fəhlə isə ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralı fəhlələr müxtəlif dərəcəli travmalarla dərhal yaxınlıqdakı rayon xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimallara görə, qəzaya texniki təhlükəsizlik qaydalarının pozulması və təkərə normadan artıq yüksək təzyiqli havanın vurulması səbəb olub.

Faktla bağlı yerli polis tərəfindən cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az