Rusiyada növbəti aviasiya QƏZASI: “Mi-2” helikopteri tarlaya ÇIRPILDIbackend

Rusiyada növbəti aviasiya QƏZASI: “Mi-2” helikopteri tarlaya ÇIRPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubandakənd təsərrüfatı işləri aparan “Mi-2” helikopteri yerə çırpılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı işləri (tarlaların dərmanlanması) həyata keçirən “Mi-2” markalı helikopter qəzaya uğrayıb.

Regional operativ xidmətlərdən verilən məlumata görə, bədbəxt hadisə Krasnodar diyarının Prikubanski xutoru (qəsəbəsi) yaxınlığında qeydə alınıb.

İlkin məlumatlara görə, tarlaların üzərində fəaliyyət göstərən helikopter qəfil idarəetməni itirərək yerə çırpılıb.

Məlumata görə, hadisə zamanı helikopterin göyərtəsində yalnız bir nəfər – pilot olub. Qəzanın baş verdiyi əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yerli bölmələri, xilasedicilər və xüsusi istintaq qrupu cəlb olunub.

Hazırda pilotun vəziyyəti, həmçinin qəzanın dəqiq başvermə səbəbləri müəyyənləşdirilir. Aviasiya mütəxəssisləri helikopterin texniki nasazlıq və ya qəfil fırtına səbəbindən idarəetmədən çıxa biləcəyi ehtimallarını araşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az