Konsert öncəsi gənc rəqqasə yıxılaraq ayağını SINDIRDI – FOTO/VİDEObackend

Konsert öncəsi gənc rəqqasə yıxılaraq ayağını SINDIRDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda konsertə 4 gün qalmış rəqqasə qız hündürdaban ayaqqabıda müvazinətini itirərək ayağını sındırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “E1.ru” portalı məlumat yayıb.

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən gənc rəqqasə qız konsertə cəmi dörd gün qalmış ağır zədə alaraq xəstəxanalıq olub.

Yelizaveta adlı gənc rəqqasə hündürdaban ayaqqabıda məşq edərkən müvazinətini itirərək yerə yıxılıb və ayağını sındırıb.

Məlumata görə, o, yaxın günlərdə keçiriləcək mühüm tədbirdə geniş rəqs proqramı ilə çıxış etməli idi. Lakin məşq zamanı ayağının büdrəməsi və yerə bədbəxt şəkildə çırpılması onun bütün yaradıcılıq planlarını yarımçıq qoyub.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub və ağır sınıq xəsarəti alan rəqqasə dərhal şəhər xəstəxanasına çatdırılıb. Həkimlər aparılan rentgen müayinəsindən sonra onda sümük yerdəyişməsi olan ağır ayaq sınığı aşkar ediblər və onu təcili əməliyyat ediblər.

Hazırda gənc irəqqasənin xəstəxanada müalicəsi davam etdirilir və həkimlər onun tam bərpası üçün uzunmüddətli reabilitasiya dövrünün lazım olacağını bildiriblər.

Təəssüflə konsertdə iştirak edə bilməyəcəyini qeyd edən Yelizaveta pərəstişkarlarından və şounun təşkilatçılarından üzr istəyib.

Xuraman Etibarlı

İnterpress.az