Zelenski: Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirəcəkbackend

Zelenski: Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyanın hərbi obyektlərinə qabaqlayıcı zərbələr endirəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın müharibə aparmaq üçün istifadə etdiyi hərbi obyektlərinə qarşı qabaqlayıcı hərbi zərbələr endirməyə hazırlaşdığını bəyan edib.

Zelenskinin sözlərinə görə, Rusiya rəhbərliyi hava hücumundan müdafiə (HHM) sistemlərini əsasən Moskvaya, Valdaya və Krım körpüsünə doğru çəkərək digər regionların müdafiəsini kəskin şəkildə zəiflədib.

Ukrayna lideri iddia edib ki, hazırda yalnız Moskva vilayətinin səması yüzlərlə “S-400”, “S-500” və “Pantsir” HHM qurğuları ilə qorunur.

Zelenski həmçinin Rusiyada yanacaq qıtlığının artıq 60-dan çox regionu əhatə etdiyini, benzin və dizel qiymətlərinin sürətlə yüksəlməkdə davam etdiyini bildirib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya daxilində ciddi idarəetmə və təhlükəsizlik problemləri qeydə alıb.

İddialara görə, Rusiya xüsusi xidmət orqanları ölkədəki gərgin ictimai-siyasi vəziyyətlə əlaqədar sentyabrda Dövlət Dumasına keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınması və ya tamamilə ləğv edilməsi imkanlarını müzakirə edirlər.

Zelenski vurğulayıb ki, bütün bu problemlər Vladimir Putinin müharibəni dayandırmaqdan və real sülh danışıqlarına getməkdən imtina etməsinin birbaşa nəticəsidir.

Xuraman Etibarlı

İnterpress.az