“GTA VI” ön sifarişləri rəsmən BAŞLADI – Türkiyə üzərindən qiymətlər AÇIQLANDIbackend

“GTA VI” ön sifarişləri rəsmən BAŞLADI – Türkiyə üzərindən qiymətlər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gözlənilən “GTA VI” oyununun ön sifarişlərinə başlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “IGN” texnologiya portalı məlumat yayıb.

Dünya oyun sənayesinin ən çox gözlənilən layihələrindən biri olan “Grand Theft Auto VI” (“GTA VI”) oyununun rəsmi ön sifarişlərinə start verilib.

Rusiyalı və digər ölkələrdən olan oyunsevərlər fərqli məhdudiyyətlər səbəbindən oyunu Türkiyə regionu vasitəsilə əldə edə biləcəklər.

Verilən məlumata görə, Türkiyədə oyunun standart buraxılışı (Standard Edition) 3999 lirə (təxminən 146 manat), daha geniş “Ultimate” buraxılışı (Ultimate Edition) isə 4999 lirə (təxminən 183 manat) qiymətinə təklif olunur.

“Rockstar Games” studiyasının bu yeni şah əsərinin rəsmi ön sifariş qeydiyyatı qlobal oyun dünyasında böyük həyəcan yaradıb.

Qiymətlərin regional valyutalara görə tənzimlənməsi müxtəlif bölgələrdəki istifadəçilərin də Türkiyə üzərindən qeydiyyatdan keçərək satınalmalar etməsinə yol açıb.

Analitiklər oyunun rəsmi satışa çıxdığı ilk günlərdə milyardlarla dollar gəlir gətirərək yeni qlobal kommersiya rekordları qıracağını ehtimal edirlər.

Xuraman Etibarlı

İnterpress.az